2025-ci ilin yanvar-dekabr aylarında istifadə olunmuş pnevmatik rezin şinlərin idxalı və ixracı barədə statistik göstəricilər açıqlanıb.Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2025-ci ildə Azərbaycana ümumilikdə 67 185 ədəd istifadə olunmuş pnevmatik rezin şin idxal olunub. İdxalın ümumi dəyəri 945,63 min ABŞ dolları təşkil edib. İdxal edilən şinlərin əsas hissəsi Almaniyadan (50 237 ədəd, 623,7 min ABŞ dolları), Yaponiya (12 275 ədəd, 161,12 min ABŞ dolları), ABŞ (2 156 ədəd, 28,71 min ABŞ dolları) və Rusiyadan (453 ədəd, 8,94 min ABŞ dolları) təmin olunub. Bundan əlavə, Koreya Respublikası, Türkiyə, Fransa, Çin, Böyük Britaniya və digər ölkələrdən də istifadə olunmuş pnevmatik şin idxalı həyata keçirilib.
Eyni dövrdə Azərbaycan tərəfindən ümumilikdə 600 ədəd istifadə olunmuş pnevmatik rezin şin ixrac olunub ki, bunun ümumi dəyəri 39,58 min ABŞ dolları təşkil edir. İxracın böyük hissəsi Belçikaya – 596 ədəd (39,38 min ABŞ dolları) həyata keçirilib. Həmçinin, Niderlanda da 4 ədəd istifadə olunmuş şin ixrac olunub (0,2 min ABŞ dolları).
Qeyd edək ki, istifadə olunmuş pnevmatik rezin şinlərin idxalında Almaniya və Yaponiya əsas tərəfdaşlar kimi seçilir, ixracda isə Belçika bazarının xüsusi çəkisi diqqət çəkir.
MONETAR.AZ