Xarici İşlər Nazirliyi Khazar avtomobillərini hərraca çıxarır

Xarici İşlər Nazirliyi Khazar avtomobillərini

Azərbaycan Respublikasının müxtəlif dövlət qurumlarına məxsus nəqliyyat vasitələri bu gün saat 10:00-da hərraca çıxarılır. Hərracda iştirak etmək istəyənlər minik avtomobillərindən tutmuş yük və xüsusi texnikaya qədər geniş seçim imkanına sahib olacaq.

Hərraca çıxarılan bəzi vasitələr və start qiymətləri:

Xarici İşlər Nazirliyi:

  • KHAZAR PEUGEOT minik, 2019, 99PB207 — 7687 manat 50 qəpik
  • KHAZAR PEUGEOT minik, 2019, 99PB206 — 6150 manat
  • KHAZAR PEUGEOT minik, 2019, 10PB260 — 6150 manat

Müdafiə Nazirliyi (UAZ, QAZ, ZİL, KamAZ və digər texnika):

  • UAZ-3962 (2004) — 22875 manat
  • UAZ-3962 Xüsusi (2004) — 43575 manat
  • KamAZ-43114 Yük (2005) — 30225 manat
  • QAZ-3308 və digər yükləmə texnikası (2003–2006) — 3000–20000 manat
  • ZİL-131 (1982–1990) — 5000–10000 manat

Fövqəladə Hallar Nazirliyi:

  • Chevrolet Niva 212300L minik, 2006 — 2970 manat
  • VAZ 21214 minik, 2006 — 2700 manat

MONETAR.AZ