Bloomberg-in məlumatına görə, ABŞ-da təbii qazın qiyməti son dörd ayın ən aşağı səviyyəsinə düşüb. Kəskin ucuzlaşmanın əsas səbəbi sinoptiklərin istiləşmə ilə bağlı proqnozlarıdır ki, bu da isitmə üçün qaz tələbatının azalacağı anlamına gəlir.
Asiya sessiyasının erkən saatlarında mart ayı üçün nəzərdə tutulan fyuçerslər 7,4% ucuzlaşıb. Bu, ötən ilin 17 oktyabrından bəri qeydə alınan ən böyük gündaxili enişdir.
Kotirovkalara təzyiq ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin (NOAA) yeni proqnozu ilə bağlı olub. Qurumun məlumatına əsasən, qarşıdakı iki həftə ərzində ölkənin geniş ərazilərində, xüsusilə ABŞ-ın mərkəzi və cənub bölgələrində temperatur iqlim normasından yuxarı olacaq.
2026-cı ilin əvvəlindən etibarən ABŞ qaz bazarı yüksək volatillik nümayiş etdirir. Keçən ay qış fırtınası fonunda tələbatın kəskin artması və tədarükdə yaranan fasilələr səbəbindən qiymətlər son üç ilin maksimumuna çatmışdı. Hava şəraitinin yaxşılaşması ilə isə kotirovkalar tədricən enməyə başlayıb.
Bugün qeydə alınan eniş, mart kontraktının anbarlardakı ehtiyatların əhəmiyyətli dərəcədə azalacağı gözləntiləri fonunda 4,1% artdığı üçgünlük yüksəliş seriyasını dayandırıb.