Rusiyanın yaxın vaxtlarda neft saxlamaq üçün yeri qalmaya bilər

Rusiyanın yaxın vaxtlarda neft saxlamaq üçün

Yeni sanksiya məhdudiyyətləri və Donald Trampın Hindistana göstərdiyi təzyiq səbəbindən ixracın azalması fonunda Rusiyada neft anbarlarının boş tutumu sürətlə azalır. Bu barədə Reuters analitik KplerRystad Energynin məlumatlarına istinadən xəbər verir.

Ümumilikdə, yerüstü neft bazaları cəmi 32 milyon barel neft saxlamağa imkan verir ki, bu həcm Rusiyada cəmi üç-dörd günlük hasilata bərabərdir. Mövcud neft bazalarının təxminən yarısı artıq tam istifadə olunur. Daha 150 milyon barel neft isə alıcı axtarışı ilə dənizdə tankerlərdə saxlanılır.

Ekspertlərin hesablamalarına görə, Transneftin boru kəmərləri şəbəkəsi təxminən 100 milyon barel neft tutumuna malikdir ki, bu da 11 günlük hasilata uyğundur. Əgər ixracın artırılması mümkün olmasa, neft şirkətləri istehsalı azaltmaq məcburiyyətində qala bilərlər.