Gas Infrastructure Europe-in məlumatlarına görə, dünən üçün Fransanın yeraltı qaz anbarlarında (YQA) ehtiyatlar 25%-dən aşağı düşüb. Bu, fevral ayının ortası üçün Fransada YQA-ların doluluq səviyyəsinin tarixdə ən aşağı göstəricisidir.
Məlumata əsasən, Fransada qışa hazırlıq çərçivəsində anbarlara vurulan qazın artıq 95%-dən çoxu çıxarılıb.
Bu barədə danışan Qazprom-un rəhbəri Aleksey Miller bildirib: “Cari qış Avropa qaz bazarı üçün əlamətdar olur. Bu, Aİ qaz bazarında daha bir tarixi antirekorddur.”
MONETAR.AZ