Bloomberg Milyarderlər İndeksinin məlumatına görə 2025-ci ildə dünya üzrə ən zəngin 500 şəxsin ümumi sərvəti rekord səviyyədə artıb. İl ərzində onların sərvəti təxminən 2,2 trilyon dollar çoxalaraq 11,9 trilyon dollara çatıb.
Məlumata əsasən, sərvət artımına əsasən qlobal səhm bazarlarında müşahidə olunan yüksəliş, texnologiya sektorunda, xüsusilə süni intellekt sahəsində sürətli inkişaf, eləcə də iri texnoloji şirkətlərin səhmlərinin bahalaşması təsir göstərib.
Artımın təxminən dörddə biri cəmi bir neçə aparıcı milyarderin payına düşüb. Bu sırada İlon Mask, Jeff Bezos, Larry Page və Larry Ellison kimi tanınmış sahibkarlar yer alır.
Analitiklərin fikrincə, texnologiya və innovasiya sahələrinə artan investisiyalar qlobal zənginlərin sərvətinin böyüməsində əsas rol oynamağa davam edir. Eyni zamanda, bu göstəricilər dünya iqtisadiyyatında gəlir bölgüsü ilə bağlı müzakirələri də aktuallaşdırır.
Monetar.az