Bakı metropoliteninin şəbəkə etibarlılığını artırmaq və xətlərin ayrılması prosesini sürətləndirmək məqsədilə irihəcmli qlobal maliyyə dəstəyi cəlb olunur. Asiya İnkişaf Bankı (ADB) paytaxtın yeraltı nəqliyyat sisteminin genişləndirilməsi layihəsinin hərtərəfli dizaynı, ekoloji-sosial tələblərə uyğunluğunun yoxlanılması və satınalma ekspertizası üçün 500 min dollar məbləğində texniki yardım ayırmağı nəzərdən keçirir.
Bu texniki yardım ümumi dəyəri təxminən 2.6 milyard ABŞ dolları qiymətləndirilən böyük investisiya proqramının reallaşdırılması üçün ilkin hüquqi və mühəndislik bazasını formalaşdıracaq.
"2025–2030-cu illər üzrə Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üzrə Dövlət Proqramı" və paytaxtın Baş Planına uyğun idarə olunan layihə çərçivəsində 7 il ərzində növbəti infrastruktur göstəricilərinə nail olunmalıdır:
-
Yeni infrastruktur: Ümumilikdə 20 kilometrlik əlavə tunel qazılacaq, 9 yeni stansiya istifadəyə veriləcək və 2 yeni depo (qatarların texniki baxışı və saxlanılması üçün) inşa ediləcək.
-
Hərəkət heyətinin yenilənməsi: Xətlərdə sərnişin sıxlığını tənzimləmək məqsədilə 300 yeni müasir vaqon satın alınacaq.
-
İntervalın azaldılması: Qatarlararası hərəkət intervalı mövcud 2 dəqiqədən 1 dəqiqə 45 saniyəyə endiriləcək. Bu isə metronun illik sərnişindaşıma qabiliyyətini 25 milyon nəfər artırmağa imkan verəcək.
Azərbaycan hökuməti beynəlxalq maliyyə institutlarına müraciət edərək layihənin əsas hissəsinin borclanma yolu ilə maliyyələşdirilməsini planlaşdırıb. Burada iki əsas donor bank — ADB və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) layihəni yarıbölüşərək təxminən 1-ər milyard dollar vəsait yönəltməyi hədəfləyir: