Bakıda bir nəfərin kirayə xərcləri nəzərə alınmadan aylıq yaşayış xərcinin təxminən 994 manat olduğu, dörd nəfərlik ailə üçün isə bu göstəricinin 3 672 manata çatdığı bildirilir.
Monetar.az xəbər verir ki, bu barədə Numbeo-nun Bakı üzrə yaşayış xərcləri məlumatında qeyd olunub.
Məlumata görə, Bakıda yaşayış xərcləri Nyu-Yorkla müqayisədə kirayə nəzərə alınmadan 66,2 faiz aşağıdır.
Kirayə qiymətlərində də ciddi fərq var. Bakıda mənzil kirayəsi orta hesabla Nyu-Yorkdakından 89,1 faiz daha ucuzdur.
Numbeo-nun hesablamalarına əsasən, Bakıda dörd nəfərlik ailənin aylıq xərcləri kirayə haqqı istisna olmaqla 3 672,4 manat, tək yaşayan bir nəfərin xərcləri isə 993,7 manat təşkil edir.
Bu göstəricilər yaşayış xərclərinin ölkələr və şəhərlər arasında əhəmiyyətli dərəcədə fərqləndiyini göstərir. Xüsusilə kirayə qiymətlərindəki fərq Bakı ilə Nyu-York arasında ümumi yaşayış xərcinin formalaşmasına ciddi təsir edir.