DİM peşəkar mühasib sertifikatı üzrə imtahan keçirib

DİM peşəkar mühasib sertifikatı üzrə

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dünən sentyabrın 27-də peşəkar mühasib sertifikatı (PMS) imtahanının mühasibat uçotu üzrə I mərhələsi keçirilib.

İmtahan kompüter vasitəsilə DİM-in Elektron İmtahanlar Korpusunda, həmçinin Naxçıvan şəhərindəki 4 nömrəli tam orta məktəbdə təşkil olunub. İmtahanın keçirilməsi üçün 6 zal administratoru, 42 nəzarətçi və 6 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb edilib.

Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) üzrə PMS imtahanı saat 10:00-da başlayıb və 3 saat davam edib. Bu mərhələdə 378 namizəd iştirak edib.

Kiçik və Orta Sahibkarlıq Subyektləri üçün Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə PMS, eləcə də İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə I və II səviyyə PMS imtahanları isə saat 16:00-da başlayıb.

Namizədlər imtahanı vaxtından əvvəl başa çatdırdıqda və ya imtahan üçün ayrılmış müddət tamamlandıqda qapalı tipli tapşırıqlar üzrə nəticələri ilə tanış olmaq imkanına malik olurlar.

İmtahanın yekun nəticələrinin yazılı cavab tələb edən tapşırıqların yoxlanılması başa çatdıqdan sonra, təxminən 6 həftə ərzində elan olunacağı bildirilib.