Orta ömür uzunluğu 1965–2025-ci illərdə 20 il artıb

Orta ömür uzunluğu 1965–2025-ci illərdə

Beynəlxalq statistikaya əsasən, 1965-ci ildə dünyada orta ömür uzunluğu 54 il olub. 2025-ci ildə isə bu göstərici təxminən 20 il artaraq 74 ilə çatıb.

Ölkələr arasında ən böyük artım Maldiv adalarında müşahidə olunub – burada orta ömür 41 ildən 82 ilə yüksəlib. Oman 40 illik, Butan isə 36 illik artımla sıralamada öndədir.

Afrikada isə Əlcəzair ən yüksək artımı göstərib: 1965-ci ildə 43 il olan orta ömür 2025-ci ildə 77 ilə yüksəlib. Eyni zamanda, Çin 26 illik artımla öndə gedən ölkələr arasında yer alıb.

Hindistanda orta ömür 27 il uzanaraq iqtisadi inkişaf və səhiyyə sahəsində irəliləyişlərə işarə edir. Əfqanıstanda isə 35 ildən 67 ilə qədər artım qeydə alınıb.

Bu məlumatlar Our World in Data və Birləşmiş Millətlər Təşkilatının statistikasına əsaslanır.

Qeyd edək ki, orta ömür uzunluğunda artım qlobal tibbi inkişaf, həyat səviyyəsinin yüksəlməsi və sağlamlıq xidmətlərinin genişlənməsi ilə sıx bağlıdır.

Monetar.az