Amazonun yeni terminalı təyyarələrdə gigabit internet təmin edəcək

Amazonun yeni terminalı təyyarələrdə gigabit internet

Amazon şirkəti təyyarələrdə yüksək sürətli internet bağlantısı təmin etmək üçün nəzərdə tutulmuş Leo Aviation Antenna adlı peyk internet terminalını təqdim edib.

Şirkətin açıqladığı texniki göstəricilərə görə, terminal 1 Gbit/s-ə qədər yükləmə (download) və 400 Mbit/s-ə qədər yükləmə (upload) sürəti təmin edir. Bu isə eyni anda həm sərnişinlərin, həm də ekipajın yüksək keyfiyyətli internetdən istifadə etməsinə imkan verir. Sistem uçuş zamanı video yayım, iş və onlayn oyunlar üçün kifayət qədər güclü hesab olunur.

Amazon-un əsas üstünlüklərindən biri quraşdırma müddətinin qısa olmasıdır: şirkətin hesablamalarına görə, cihazın təyyarənin gövdəsinə montajı təxminən bir gün çəkir. Müqayisə üçün, Starlink kimi oxşar sistemlərdə inteqrasiya prosesi 10–14 günə qədər davam edə bilir.

Bununla yanaşı, analitiklər Amazon-un Leo peyk şəbəkəsinin hazırkı məhdudluqlarına diqqət çəkirlər. 2026-cı ilin aprel ayına olan məlumata görə, orbitdə təxminən 180 peyk var, halbuki Starlink şəbəkəsində bu rəqəm 10 min-dən çoxdur. Bu isə ilkin mərhələdə əhatə keyfiyyətinə təsir edə bilər.

Xidmətin kommersiya istifadəyə verilməsi 2026-cı ilin yayına planlaşdırılır. Amazon artıq Delta Air Lines və JetBlue hava yolları ilə müqavilələr bağlayıb və sərnişinlərə təyyarədə pulsuz internet təqdim etməyi nəzərdə tutur.

MONETAR.AZ