Son günlər mediada Nvidia-nın guya “böyük bir kompüter istehsalçısını” satın alacağı ilə bağlı xəbərlər yayılmışdı. Lakin bu məlumatların həqiqətə uyğun olmadığı məlum olub.
Şirkət rəsmi açıqlama yayaraq bildirib ki, mediada yayılan iddialar yanlışdır və hazırda heç bir kompüter istehsalçısının alınması ilə bağlı danışıqlar aparılmır.
Ekspertlərin fikrincə, belə bir razılaşma hətta real olsaydı belə, onun baş tutma ehtimalı çox aşağı olardı. Səbəb isə tənzimləyici orqanların mümkün müdaxiləsidir. Hal-hazırda Nvidia videokart bazarında demək olar ki, dominant mövqeyə malikdir və böyük bir PC istehsalçısının alınması dünya üzrə tənzimləyicilərin ciddi diqqətini cəlb edərdi.
Bu baxımdan, Microsoft ilə Activision Blizzard arasındakı uzunmüddətli razılaşma prosesini xatırlatmaq kifayətdir. Həmin halda belə razılaşmanın təsdiqlənməsi xeyli vaxt aparmış və uğur ehtimalı aşağı qiymətləndirilmişdi.
MONETAR.AZ