2026-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos xarici bazarlarda telekommunikasiya xidmətlərinin ixracını davam etdirib.
“İxrac icmalı”nda yer alan məlumata görə, hesabat dövründə Azərkosmos dünyanın 32 ölkəsindən olan 90-a yaxın şirkətə 8,7 milyon ABŞ dolları dəyərində xidmət göstərib.
Agentliyin xidmət ixracından əldə etdiyi gəlirlər ümumi gəlirlərinin 64 faizini təşkil edib.
Peyk telekommunikasiya xidmətlərinin ixracı üzrə ilk beşlikdə 1,4 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq lider olub. Sonrakı yerlərdə 1 milyon ABŞ dolları ilə Lüksemburq, 381,1 min ABŞ dolları ilə Türkiyə, 370 min ABŞ dolları ilə Pakistan və 187,2 min ABŞ dolları ilə İsveç qərarlaşıb.
MONETAR.AZ