Mikayıl Cabbarov Şahin Mustafayevin kadrını işdən azad etdi

”PostMedia” xəbər verir ki, o, bundan sonra fəaliyyətini iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri kimi davam etdirəcək.
A.Əliyevi həmin vəzifəyə sabiq iqtisadiyyat naziri, hazırki Baş nazirin müavini Şahin Mustafayev 2018-ci ildə təyin edib.
O, 2001–2008-ci illərdə Vergilər Nazirliyində, 2008-ci ildən etibarən isə İqtisadiyyat Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
Növbəti sərəncamla isə Elvin Camalov nazirliyin Aparat rəhbəri vəzifəsinə təyin edilib.
Bu təyinatadək o, iqtisadiyyat nazirinin müşaviri kimi fəaliyyət göstərib.
E.Camalov 1985-ci ildə anadan olub. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Ümumi iqtisadiyyat” ixtisası üzrə bakalavr, 2011-ci ildə isə magistr dərəcəsi alıb. 2019-cu ildə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Davamlı inkişafın idarə edilməsi” ixtisası üzrə ikinci magistr təhsilini başa vurub.
Əmək fəaliyyətinə 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyində məsləhətçi kimi başlayan E. Camalov nazirliyin müxtəlif strukturlarında çalışıb. 2019-2022-ci illərdə İqtisadi siyasət şöbəsinin müdir müavini, 2022-2024-cü illərdə isə həmin şöbənin müdiri olub. 2024-cü il iyunun 3-dən 2025-ci il iyulun 21-dək iqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
O, 2020-ci il 23 iyun tarixli Prezident sərəncamı ilə dövlət qulluğundakı səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
E. Camalov ailəlidir, bir övladı var.