Rusiyadan Ermənistana qazın verilişi bərpa olundu

Rusiyadan Ermənistana
26 İyul 2025 18:44

 Gürcüstan ərazisində aparılan qəza-bərpa işlərinin yekunlaşması ilə Rusiyadan Ermənistana təbii qazın verilməsi bərpa edilib.

Qazın müvəqqəti dayandırılmasına səbəb "Şimali Qafqaz -Zaqafqaziya" tranzit qaz boru xəttinin "Qazax-Saquramo" hissəsindəki qəza-bərpa işlərinin aparılması olub. Təmir işləri 24-26 iyul tarixləri arasında olub.

"Qazprom-Armenia" şirkətindən bildirmişdilər ki, bu müddət ərzində istehlakçıların qazla təminatı limitsiz olaraq ehtiyat qaz fondundan və İrandan alınan qaz hesabına olacaq. 

Qeyd edək ki, "Şimali Qafqaz -Zaqafqaziya" qaz xəttinin uzunluğu 612 km-dir.   Bu xətt Gürcüstandan keçməklə Rusiyadan Ermənistana qədər uzanır. Tikintisi 1988-ci ildə başa çatıb. Ötürmə gücü illik 1.8 mlrd kubmetrdir.


Oxşar xəbərlər