Su idarəsi 2,7 milyon manatlıq ehtiyat hissələri alır

Su idarəsi 2,7 milyon manatlıq
5 Avqust 2025 09:49

"İRİ ŞƏHƏRLƏRİN BİRLƏŞMİŞ SU TƏCHİZATI XİDMƏTİ" Publik Hüquqi Şəxsi balansında olan nəqliyyat vasitələrinin (ekskavator-yükləyicilər) işlək vəziyyətdə saxlanılması üçün ehtiyat hissələrinin satın alınması məqsədilə açıq tender müsabiqəsi elan edir.

Müsabiqənin nömrəsi 116412 olaraq qeyd edilib. Təsnifat koduna əsasən, müsabiqə predmetini 25175100 – "Nəqliyyat təmir hissələri dəstləri" təşkil edir. Satınalma üçün ehtimal olunan qiymət 2.731.521,65 AZN təşkil edir.

Tender təkliflərinin son təqdim olunma tarixi və zərflərin açılış vaxtı 2025-ci il sentyabrın 3-ü, saat 17:00-a təyin olunub.

Müsabiqə ilə bağlı əlavə məlumat əldə etmək üçün maraqlı tərəflər "İRİ ŞƏHƏRLƏRİN BİRLƏŞMİŞ SU TƏCHİZATI XİDMƏTİ" Publik Hüquqi Şəxsinin Bakı şəhəri, Moskva prospekti 67 ünvanına müraciət edə bilərlər. Satınalan təşkilatın VÖEN-i 9900001751-dir.

MONETAR.AZ


Oxşar xəbərlər