Azərbaycan məhkəmə qərarlarının alimentlərlə bağlı icrası üzrə beynəlxalq mexanizmə qoşulur.
Bu məsələ Milli Məclis-in Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında müzakirə edilən qanun layihələrində əksini tapıb. Layihələr 22 yanvar 1993-cü il və 7 oktyabr 2002-ci il tarixli “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” konvensiyalara dəyişiklikləri nəzərdə tutan protokolların təsdiqi ilə bağlıdır.
Qeyd olunur ki, dəyişikliklərin əsas məqsədi yetkinlik yaşına çatmayan uşaqlar üçün alimentlərlə bağlı məhkəmə qərarlarının tanınması və icrası mexanizminin beynəlxalq səviyyədə tətbiqidir.
Beləliklə, yeniliklər dövlətlər arasında hüquqi əməkdaşlığı gücləndirəcək və uşaqların maddi təminatı ilə bağlı qərarların xarici ölkələrdə daha effektiv icrasına imkan yaradacaq.