Bu gün dünyada Beynəlxalq Mədəniyyət Günü qeyd olunur.
Bu əlamətdar gün 1935-ci il aprelin 15-də ABŞ-ın Vaşinqton şəhərində imzalanmış “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” müqavilə ilə əlaqədardır. Həmin sənəd beynəlxalq hüquq təcrübəsində Rerix paktı kimi tanınır.
Məhz bu müqavilədən sonra aprelin 15-i bir çox ölkələrdə Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunmağa başlayıb. Günün əsas məqsədi mədəni irsin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsinin vacibliyini vurğulamaqdır.
2008-ci ilin dekabrında bir sıra ölkələrin ictimai təşkilatlarının təşəbbüsü ilə 15 aprelin Ümumdünya Mədəniyyət Günü kimi qeyd olunması üçün beynəlxalq hərəkat yaradılıb. Bu təşəbbüs mədəniyyətin bəşəriyyət üçün birləşdirici rolunu ön plana çıxarmağa xidmət edir.
Qeyd edək ki, Ümumdünya Mədəniyyət Gününün qeyd olunması ideyası ilk dəfə 1931-ci ildə Belçikanın Brügge şəhərində keçirilən konfransda rus rəssamı və ictimai xadimi Nikolay Rerix tərəfindən irəli sürülüb.
Bu gün müxtəlif ölkələrdə mədəniyyətin təbliği, tarixi abidələrin qorunması və incəsənətin inkişafına diqqətin artırılması məqsədilə müxtəlif tədbirlər təşkil olunur.
MONETAR.AZ