Özbəkistanlı qrossmeyster Cavoxir Sindarov Kiprdə keçirilən Namizədlər turniri-nin qalibi olub.
Turnirin 13-cü, sondan əvvəlki turunda Sindarov qara fiqurlarla niderlandlı Aniş Qiri ilə heç-heçə edib. Bu nəticə ona vaxtından əvvəl ümumi qələbəni təmin edib.
20 yaşlı şahmatçı 9,5 xal toplayaraq turnirin lideri olub. Aniş Giri isə 7,5 xalla ikinci pillədə qərarlaşıb.
Bu qələbə sayəsində Sindarov dünya çempionu, hindistanlı Qukeş Dommaraju ilə titul uğrunda matç keçirmək hüququ qazanıb.