Məlumata görə, buna səbəb Bakı–Şamaxı–Muğanlı–İsmayıllı–Qəbələ avtomobil yolunun genişləndirilməsi layihəsidir.
Muğanlı–İsmayıllı–Qəbələ hissəsində köhnə körpü artıq sökülüb və hazırda yenisinin tikintisi davam edir. Vəndam bazarının yerləşdiyi ərazi də tikinti zonasına düşdüyü üçün ətrafdakı obyektlər boşaldılıb və onların sökülməsinə başlanılıb.
Bundan əlavə, layihə çərçivəsində Vəndamda magistral yol boyunca yerləşən yaşayış evləri və hasarlar da sökülür, ağaclar isə kəsilib.
Qeyd olunur ki, yenidənqurma işlərindən sonra yolun uzunluğu 8,8 kilometr qısalacaq. Ağsuçay çayı üzərində asma körpü tikilir və işlərin 40%-i artıq tamamlanıb. Körpüdən sonra 885 metr uzunluğunda tunelin inşası davam etdirilir. Ümumilikdə layihə çərçivəsində 17 körpü (onlardan biri asma) və bir tunelin tikintisi nəzərdə tutulur.