Azərbaycana ən bahalı mərcimək Kanadadan gətirilir

Azərbaycana ən bahalı mərcimək

 2026-cı ilin yanvar-mart aylarında Azərbaycana qurudulmuş mərci  idxalı üzrə göstəricilər açıqlanıb. Rəsmi statistikaya əsasən, hesabat dövründə ölkəyə ümumilikdə 2 min 189 ton mərci idxal olunub. Bu məhsulların ümumi dəyəri isə 1 milyon 359 min ABŞ dollarından çox təşkil edib.

Hesablamalara görə, 1 kiloqram qurudulmuş mərcinin orta idxal qiyməti təxminən 62 sent səviyyəsində formalaşıb.

Məlumatlara əsasən, hesabat dövründə bu məhsul üzrə Azərbaycandan hər hansı ixrac qeydə alınmayıb və daxili bazarın təminatı əsasən idxal hesabına həyata keçirilib.

İdxalda əsas pay Qazaxıstana məxsus olub. Bu ölkədən Azərbaycana 1 547 ton mərci gətirilib ki, bu da ümumi idxalın 70.7 faizini təşkil edir. Qazaxıstandan idxal olunan məhsulun ümumi dəyəri 962 min dollar olub. Beləliklə, bu ölkədən gətirilən mərcinin 1 kiloqramının orta qiyməti təxminən 62 sent təşkil edib.

Rusiya Azərbaycana 490,5 ton mərci ixrac edib. Bunun ümumi dəyəri 290 min dollar olub və 1 kiloqram üzrə orta qiymət 59 sent səviyyəsində formalaşıb.

Qırğızıstandan idxal olunan 135 ton məhsul üçün 91 min dollar ödənilib. Bu ölkə üzrə 1 kiloqramın orta qiyməti təxminən 67 sent olub.

Kanadadan gətirilən 15.3 ton mərcinin ümumi dəyəri 13.4 min dollar təşkil edib. Burada orta qiymət 88 sent səviyyəsində qeydə alınıb ki, bu da əsas tədarükçülər arasında ən yüksək göstəricilərdən biridir.

Birləşmiş Ərəb Əmirlikləri və Almaniyadan idxal olunan məhsulların həcmi isə olduqca aşağı olub və ümumi idxalda payı 0.1 faizdən də az təşkil edib.

Beləliklə, statistik rəqəmlər göstərir ki, Azərbaycanın qurudulmuş mərci bazarında əsas asılılıq Qazaxıstan və Rusiya tədarükündən ibarətdir. Qiymət fərqləri isə məhsulun mənşəyi və logistika xərclərindən asılı olaraq dəyişir.

MONETAR.AZ