Azərbaycanda 2026-cı ilin yanvar-avqust aylarında pensiya ödənişlərinə 5 milyard 222 milyon manat vəsait yönəldilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz və ya 488 milyon manat çoxdur.
Monetar.az Dövlət Sosial Müdafiə Fondunun məlumatına istinadən bildirir ki, cari ilin əvvəlindən pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Nəticədə sentyabrın 1-nə ölkə üzrə orta aylıq pensiyanın məbləği illik müqayisədə 10 faiz artaraq 596 manata çatıb.
Yaşa görə orta aylıq pensiyanın məbləği isə 634 manat təşkil edib.
Pensiya təyinatında elektron sistemdən istifadə də davam etdirilir. Belə ki, bu ilin yanvar-avqust aylarında 26 min pensiya elektron sistem üzərindən proaktiv qaydada təyin olunub.
Ümumilikdə isə elektron pensiya təyinatına başlanıldığı 2019-cu ilin əvvəlindən indiyədək 205 min pensiya e-sistem vasitəsilə proaktiv şəkildə rəsmiləşdirilib.
