Cəlilabadda xidmətlərin qiymət artımı ölkə üzrə göstəricidən 2 dəfə çoxdur

Cəlilabadda xidmətlərin qiymət artımı

2026-cı ilin yanvar-sentyabr aylarında Cəlilabad rayonunda əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb. Ölkə üzrə bu göstərici 5,5 faiz təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Cəlilabadda xidmətlər üzrə qiymət artımı ölkə üzrə orta göstəricini 5,2 faiz bəndi üstələyib.

Xidmətlərin qiymətlərində yüksək artım digər ərazilərdə də müşahidə olunub. Saatlı rayonunda bu göstərici 7,5 faiz, Sabirabadda 7,4 faiz, Qobustanda 7,4 faiz, Goranboyda isə 4,4 faiz təşkil edib.

Bakı şəhərində əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 4,2 faiz artıb. Beləliklə, Cəlilabadda xidmətlər üzrə qiymət artımı paytaxtdakı göstəricidən 6,5 faiz bəndi yüksək olub.

Ümumilikdə, ölkə üzrə xidmətlərin qiymət artımı ərzaq məhsullarındakı 6,9 faizlik bahalaşmadan aşağı olub. Cəlilabadda isə xidmətlər üzrə artım 10 faizi ötüb.