Mayın 10-da sınaq imtahanında iştirak edəcək abituriyentlərin nəzərinə!

Mayın 10-da sınaq imtahanında iştirak edəcək

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən 10 may 2026-cı il tarixində ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanı keçiriləcək.

Abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni DİM-in rəsmi saytından çap etməlidirlər.   

“İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və abituriyentin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunub.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.