Xaricə gedən vətəndaşlarımızın 10 faizinin qalmağa öz evi var

Xaricə gedən vətəndaşlarımızın

Yanvar–mart aylarında turizm məqsədilə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının gecələmə vasitələri üzrə statistik göstəricilər açıqlanıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə ümumi gecələmə sayı 1 430 962 təşkil edib. Bu göstərici müxtəlif yerləşmə növləri üzrə bölünüb.

Gecələmələrin 743 584-ü mehmanxana və hotel tipli obyektlərdə, 185 201-i kirayə götürülmüş evlərdə, 365 813-ü qohum və ya dostların evlərində, 136 364-ü isə özünə və ya ailəyə məxsus mənzillərdə qeydə alınıb.

Gecələmələrin 52 %-i mehmanxana və hotel tipli obyektlərdə, 12 %-i kirayə götürülmüş evlərdə, 26 %-i qohum və ya dostların evlərində, 10 %-i isə özünə və ya ailəyə məxsus mənzillərdə baş tutub..

Ölkələr üzrə göstəricilərə gəlincə, ən çox gecələmə Türkiyədə qeydə alınıb – 597 255 gecə. Sonrakı yerlərdə Rusiya Federasiyası (224 584 gecə) və Gürcüstan (155 932 gecə) qərarlaşıb.

Birləşmiş Ərəb Əmirlikləri üzrə 89 163 gecə, Qazaxıstan üzrə 40 577 gecə, Özbəkistan üzrə 32 793 gecə qeydə alınıb.

Avropa ölkələri arasında İtaliya (28 208), Polşa (16 091), Çexiya (10 769) və Böyük Britaniya (10 258) göstəricilərlə seçilib.

Almaniya üzrə isə 19 255 gecə qeydə alınıb.

MONETAR.AZ