Cənubi Koreyada kənd təsərrüfatı məhsullarının bahalaşması gənclər arasında qeyri-adi bir tendensiyanın yaranmasına səbəb olub. Soğan qiymətlərinin kəskin artması fonunda insanlar ev şəraitində soğan yetişdirməyə başlayıblar.
Yeni trend sosial şəbəkələrdə “Patech” adlandırılır və “soğan + texnologiya” anlayışını ifadə edir. Gənclər balkon və eyvanlarda soğan əkərək gündəlik ərzaq xərclərini azaltmağa çalışırlar.
Sosial mediada “bu gün nə qədər qənaət etdim” kimi paylaşımlar populyarlıq qazanıb və bu videolar artıq maliyyə hesabatları ilə rəqabət aparacaq səviyyəyə çatıb.
İqtisadçılar bu davranışı yüksək inflyasiya şəraitində istehlakçıların adaptasiya forması kimi qiymətləndirirlər.
MONETAR.AZ