Azərbaycanın kərə yağı bazarında idxalın həcmində azalma müşahidə olunur. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, 2026-cı ilin ilk rübündə ölkəyə 5 min 717 ton kərə yağı və süddən hazırlanmış digər yağlar gətirilib.
Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə miqdar olaraq 25,6 faiz, xərclənən vəsait baxımından isə 32,6 faiz azdır. Hesabat dövründə xaricdən yağ alınması üçün 36.1 milyon dollar vəsait xərclənib.
Maraqlı məqam ondan ibarətdir ki, idxalın həcmi ilə yanaşı, gətirilən məhsulun orta qiyməti də enib. Aparılan hesablamalara görə, ötən il idxal olunan kərə yağının 1 kiloqramı orta hesabla 6,99 dollara başa gəlirdisə, bu ilin yanvar-mart aylarında bu rəqəm 6,32 dollara düşüb.
Hazırda kərə yağı idxalı Azərbaycanın ümumi idxal portfelinin cəmi 0,9 faiz təşkil edir.
MONETAR.AZ