Kənd təsərrüfatında bitkiçilik və heyvandarlığın payı bərabərləşib

Kənd təsərrüfatında bitkiçilik və

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda kənd təsərrüfatı istehsalının strukturunda bitkiçilik cüzi fərqlə üstünlük təşkil edib.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, istehsal olunan kənd təsərrüfatı məhsullarının 50,2 faizi bitkiçiliyin, 49,8 faizi isə heyvandarlığın payına düşüb.

Beləliklə, iki sahə arasında fərq cəmi 0,4 faiz bəndi olub.

Hesabat dövründə bitkiçilik məhsullarının istehsalı real ifadədə 1,2 faiz, heyvandarlıq məhsullarının istehsalı isə 1,6 faiz artıb.

Diqqətçəkən məqam odur ki, istehsalın strukturunda bitkiçilik az fərqlə öndə olsa da, artım tempinə görə heyvandarlıq onu qabaqlayıb.

Qeyd edək ki, yanvar-oktyabr aylarında ölkədə kənd təsərrüfatı məhsullarının ümumi dəyəri 13 milyard 123,3 milyon manat təşkil edib.