Mis qiymətləri ardıcıl beşinci həftədir ucuzlaşır

Mis qiymətləri ardıcıl beşinci həftədir

London Metal Birjasında (LME) misin qiyməti 0,32% azalaraq bir ton üçün 13 552,53 dollara enib. “Comex” birjasında isə mis fyuçersləri 0,37% ucuzlaşaraq bir funt üçün 6,1698 dollar təşkil edib.

“Bloomberg” agentliyinin məlumatına görə, mis qiymətləri ardıcıl beşinci həftədir geriləməyə doğru gedir. Bu, təxminən son iki ildə qeydə alınan ən uzunmüddətli həftəlik ucuzlaşma seriyasıdır.

Qiymətlərə bu həftə bir sıra amillər təzyiq göstərib. ABŞ dollarının möhkəmlənməsi, Federal Ehtiyat Sisteminin (FES) nümayəndələrinin sərt mövqeyi və süni intellekt sektorunda yaranan qeyri-müəyyənlik mis bazarında mənfi əhval-ruhiyyəni gücləndirib.

Süni intellekt sahəsindəki narahatlıqlar, o cümlədən “Nvidia” rəhbəri Censen Huanqın vəzifədən kənarlaşdırılmasından sonra şirkətdə yaranan kadr böhranı da investorların diqqətini bu sektordakı risklərə yönəldib. Bununla belə, mis ilin əvvəlindən bəri ümumilikdə 10% bahalaşıb.

“Goldman Sachs” gələn il misin orta qiymətinin bir ton üçün 15 400 dollar olacağı ilə bağlı proqnozunu qüvvədə saxlayır. Bununla yanaşı, bank süni intellekt sektorunun əsas iştirakçılarının mövqelərinin zəifləməsinin və ABŞ-ın idxal rüsumları ilə bağlı gözləntilərin yumşalmasının bu proqnoz üçün risklər yarada biləcəyini vurğulayıb.

MONETAR.AZ