Qeydiyyatda olan işsizlərin sayı 251 min nəfərə çatıb

Qeydiyyatda olan işsizlərin sayı

2026-cı il oktyabrın 1-nə Azərbaycanda qeydiyyata alınmış işsiz şəxslərin sayı 251,2 min nəfər təşkil edib.

Monetar.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çoxdur.

Maraqlıdır ki, eyni zamanda ölkədə iqtisadi fəal əhalinin və məşğul şəxslərin sayı da artıb.

Belə ki, oktyabrın 1-nə iqtisadi fəal əhalinin sayı 5 milyon 444,7 min nəfərə çatıb. Məşğul əhalinin sayı isə 5 milyon 164,1 min nəfər təşkil edib. Hər iki göstərici illik müqayisədə 1,3 faiz yüksəlib.

Muzdla çalışan işçilərin sayı sentyabrın 1-nə 1 milyon 776,8 min nəfər olub. Qeyri-dövlət sektorunda çalışanların sayı isə illik 3,6 faiz artıb.

Beləliklə, məşğul əhalinin sayı artsa da, qeydiyyatda olan işsizlərin sayında da yüksəliş qeydə alınıb.