Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 noyabr 2026-cı il tarixində Dövlət Turizm Agentliyinin əməkdaşları üçün “Kargüzarlıq və elektron sənəd dövriyyəsi sistemləri” mövzusunda distant təlim təşkil olunub.
Təlim çərçivəsində DİM-in İctimaiyyətlə əlaqələr və kargüzarlıq departamentinin böyük məsləhətçisi Nailə Abdullayeva iştirakçılara sənədlərin hazırlanması və rəsmiləşdirilməsinə dair ümumi tələblər, sənəd dövriyyəsinin təşkili, sənədlərin qeydiyyata alınması və məlumat aparatının quruluşu barədə ətraflı məlumat verib.
Həmçinin sənədlərin icrasına nəzarətin təşkili, işlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, onların arxivə təhvil verilməsinə hazırlıq və cari arxivdən istifadə qaydaları diqqətə çatdırılıb. Elektron sənədlərlə bağlı kargüzarlığın aparılmasının xüsusiyyətləri də təlimin əsas mövzuları sırasında yer alıb.
Təlim zamanı qeyd olunan istiqamətlər üzrə müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.