2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin bir nəfəri pərakəndə ticarət şəbəkəsində orta hesabla ayda 559,9 manatlıq məhsul alıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu məbləğin 302,3 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 257,6 manatı isə qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Beləliklə, bir nəfərin aylıq pərakəndə alış-veriş xərclərinin təxminən 54 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Ümumi xərclərin 49,9 faizi ərzaq məhsullarına, 14 faizi geyim və ayaqqabılara, 6 faizi avtomobil yanacağına, 5 faizi elektrik malları və mebellərə sərf olunub.
Əczaçılıq məhsulları və tibbi ləvazimatların payı 2,7 faiz, kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının payı isə 1,7 faiz təşkil edib.
Rəqəmlər göstərir ki, əhalinin pərakəndə alış-veriş xərclərində ərzaq məhsulları əsas yer tutur. Qeyri-ərzaq mallarının satışında daha yüksək artım qeydə alınsa da, ümumi xərclərin strukturunda ərzaq məhsulları üstünlüyünü qoruyur.