Azərbaycanda avtomobil yanacağına 3,5 milyard manat xərclənib 

Azərbaycanda avtomobil yanacağına

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda avtomobil yanacağının pərakəndə satışı 3 milyard 462,5 milyon manat təşkil edib.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil yanacağının satışı real ifadədə 3,8 faiz artıb.

Diqqətçəkən məqam odur ki, hesabat dövründə avtomobil yanacağının pərakəndə ticarət dövriyyəsindəki payı 6 faiz təşkil edib. Başqa sözlə, əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi hər 100 manatın 6 manatı avtomobil yanacağının alınmasına sərf olunub.

Müqayisə üçün qeyd edək ki, eyni dövrdə ərzaq məhsullarının satışı 1,5 faiz, qeyri-ərzaq mallarının satışı isə 6,6 faiz artıb. Avtomobil yanacağının satışında qeydə alınan artım ümumi pərakəndə ticarət dövriyyəsinin 3,8 faizlik artımı ilə eyni səviyyədə olub.