Yük daşımalarında avtomobil nəqliyyatının payı 64 faizə çatıb

Yük daşımalarında avtomobil nəqliyyatının

2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda nəqliyyat sektoru üzrə 205,1 milyon ton yük daşınıb.

Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,4 faiz çoxdur.

Diqqətçəkən məqam yük daşımalarında avtomobil nəqliyyatının böyük üstünlüyə malik olmasıdır. Belə ki, hesabat dövründə daşınan yüklərin 63,5 faizi avtomobillərin payına düşüb.

Boru kəmərləri ilə daşınan yüklərin payı 25 faiz, dəmir yolunun payı 7,6 faiz təşkil edib. Dəniz nəqliyyatı ilə yüklərin 3,7 faizi, hava nəqliyyatı ilə isə cəmi 0,2 faizi daşınıb.

Beləliklə, ölkədə yük daşımalarının təxminən üçdə ikisi avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilib.