2026-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 1 milyard 861,9 milyon sərnişin daşınıb.
Monetar.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz artıb.
Sərnişin daşımalarında əsas yük avtomobil nəqliyyatının üzərinə düşüb. Belə ki, daşınan sərnişinlərin 90 faizi avtomobillərlə, 9,3 faizi isə metro ilə hərəkət edib. Qalan hissə digər nəqliyyat növlərinin payına düşüb.
Diqqətçəkən məqam ondan ibarətdir ki, sərnişin daşımalarında avtomobil nəqliyyatının payı metro ilə müqayisədə dəfələrlə yüksəkdir.
Bu göstəricilər ölkədə sərnişin daşımalarının avtomobil nəqliyyatından yüksək asılılığını ortaya qoyur.
Qeyd edək ki, hesabat dövründə sərnişin daşımalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz artıb.