Azərbaycanda dərman istehsalı 47,4 faiz artıb

Azərbaycanda dərman istehsalı

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 2026-cı ilin yanvar-oktyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 47,4 faiz artıb.

Monetar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əczaçılıq sənayesi hesabat dövründə emal sənayesində ən yüksək artım qeydə alınan sahələrdən biri olub.

Ümumilikdə, emal sənayesində 18 milyard 995,1 milyon manatlıq məhsul istehsal edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 2,7 faiz çoxdur.

Eyni zamanda, ölkə üzrə ümumi sənaye istehsalı 0,7 faiz azalaraq 58,5 milyard manat təşkil edib.