Yerli cins heyvanların süni mayalanması subsidiyası yeni qaydada hesablanacaq

Yerli cins heyvanların süni mayalanması subsidiyası

Heyvanların genetik potensialının yüksəldilməsi məqsədilə süni mayalanma subsidiyası diferensiallaşdırılacaq.

Monetar.az bununla bağlı Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Yeni qaydalara əsasən, yerli cins heyvanların süni mayalanmasından alınan birinci nəsil buzovlara 75 manat, ikinci və sonrakı nəsillərə 150 manat subsidiya veriləcək. Yerli damazlıq təsərrüfatların yüksək məhsuldar cins heyvanlarından alınan buzovlar üçün subsidiya 50 manat, embrion köçürülməsi nəticəsində alınan buzovlar üçün isə 250 manat müəyyən ediləcək.

Subsidiya Şurasının qərarı ilə tətbiq edilən yeni dövlət dəstəyi mexanizmləri Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda müəyyən olunan hədəflərə uyğunlaşdırılıb.

Yeni dəstəklər müasir suvarmanın genişləndirilməsinə, yüksək dəyərli məhsulların istehsalına, emal sənayesinin yerli xammalla təmin edilməsinə, ixrac imkanlarının artırılmasına, kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin yüksəldilməsinə, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafına xidmət edəcək.