Bir karatlıq almazın qiyməti sentyabr ayında 0,3% bahalaşıb. Buna baxmayaraq, qiymət ötən ilin eyni ayı ilə müqayisədə 11,9% aşağı olaraq qalıb.
Monetar.az xəbər verir ki, “Rapaport”un məlumatına görə, bir karatlıq almazların qiyməti 2026-cı ilin əvvəlindən də 5,7% ucuzlaşıb.
Sentyabrda ən böyük artım kiçik ölçülü almazlarda qeydə alınıb. 0,3 karatlıq daşların qiyməti ay ərzində 3,2% yüksəlib. Lakin bu almazlar illik müqayisədə 6,2% ucuzlaşıb.
0,5 karatlıq almazların qiyməti sentyabrda 2,5% artıb, illik göstəricidə isə 8,7% azalıb.
3 karatlıq almazlarda isə aylıq artım 1,5% təşkil edib. Bu kateqoriyada illik müqayisədə 0,2% bahalaşma qeydə alınıb.
Beləliklə, sentyabr ayında almaz bazarında müəyyən canlanma müşahidə olunsa da, əsas kateqoriyalarda qiymətlər hələ də ötənilki səviyyədən aşağıdır.