Oktyabrın 10-11-də Qax şəhərinin İçəribazar ərazisində rayonun turizm potensialını, mədəni irsini, sənətkarlığını və zəngin qastronomiyasını bir arada təqdim edən “Şən Bazar” festivalı keçiriləcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qax Rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin Şəki Regional Turizm İdarəsinin təşkilatçılığı ilə keçiriləcək festivalda Qax rayonunun zəngin mədəni irsi, milli sənətkarlığı, yerli qastronomiyası və musiqi ənənələri təqdim olunacaq. Tədbirin əsas məqsədlərindən biri rayonun turizm və mədəni irs potensialının tanıdılması, yerli sənətkar və sahibkarların fəaliyyətinin dəstəklənməsidir.
Festival çərçivəsində ziyarətçilər Qaxın tarixi-mədəni irsi ilə tanış olacaq, yerli sənətkarların əl işlərinə baxacaq, canlı sənətkarlıq nümayişləri və ustad dərslərində iştirak edəcək, bölgəyə məxsus ləziz təamları dadacaq, müxtəlif mədəni və musiqi proqramlarını izləyəcəklər.
İki gün davam edəcək festivalın əsas məqsədi Qaxın turizm və mədəni irs potensialını tanıtmaq, yerli sənətkar və sahibkarların fəaliyyətini dəstəkləmək, eləcə də tarixi İçəribazar məkanını sosial və turizm baxımından daha da canlandırmaqdır.