2026-cı il Fizika üzrə Nobel mükafatı Fransis Halzenə verilib

2026-cı il Fizika üzrə Nobel mükafatı

2026-cı il Fizika üzrə Nobel mükafatına belçikalı alim Fransis Halzen layiq görülüb.

İsveç Kral Elmlər Akademiyasının qərarına əsasən, alim “IceCube neytrino rəsədxanasına həlledici töhfələrinə və astrofizik mənşəli yüksək enerjili neytrinoların kəşfinə görə” mükafatlandırılıb.

82 yaşlı Fransis Halzen Belçikada doğulub və uzun illərdir ABŞ-ın Viskonsin-Medison Universitetində çalışır. Onun rəhbərliyi və elmi fəaliyyəti Cənub qütbündə yerləşən IceCube neytrino rəsədxanasının yaradılması və inkişafında mühüm rol oynayıb. Rəsədxana kainatın uzaq və yüksək enerjili proseslərindən gələn neytrinoların aşkar edilməsinə imkan verir.

Neytrinolar maddə ilə son dərəcə zəif qarşılıqlı əlaqəyə girdiyindən onların aşkar edilməsi olduqca mürəkkəbdir. IceCube layihəsi bu hissəciklərin öyrənilməsi və yüksək enerjili kainatın tədqiqi üçün mühüm imkan yaradıb.

Qeyd edək ki, 2025-ci il Fizika üzrə Nobel mükafatı Con Klark, Mişel Devore və Con Martinisə verilmişdi. Alimlər makroskopik kvant mexaniki tunelləşmənin və elektrik dövrəsində enerjinin kvantlaşmasının kəşfinə görə mükafatlandırılmışdılar.

MONETAR.AZ