Hər il oktyabrın 7-si dünyada Ümumdünya Layiqli Əmək Günü kimi qeyd edilir. Günün əsas məqsədi hər bir insanın layiqli əmək hüququna diqqət çəkməkdir.
Monetar.az xəbər verir ki, layiqli əmək anlayışı dörd əsas istiqaməti – məşğulluq, əmək hüquqları, sosial müdafiə və sosial dialoqu əhatə edir.
Bu istiqamətlər işçilərin layiqli gəlir əldə etməsi, təhlükəsiz və uyğun əmək şəraitində çalışması, əmək münasibətlərində bərabərliyin təmin olunması, işəgötürənlə işçi arasında dialoqun qurulması, eləcə də əmək hüquqlarının müdafiəsi və sosial təminatlardan istifadə imkanlarını nəzərdə tutur.
Ümumdünya Layiqli Əmək Gününün keçirilməsi ilk dəfə 2008-ci ildə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən elan edilib.