2015-2025-ci illərdə dünyanın 25 böyük ixracatçı ölkəsinin mal və xidmət ixracı əhəmiyyətli dərəcədə artıb. Bu dövrdə qlobal ixracın ümumi artımı 57,1% təşkil edib. Ölkələr arasında isə fərq kifayət qədər böyük olub.
Monetar.az xəbər verir ki, son 10 ildə ixracını ən çox artıran ölkə Vyetnam olub. Ölkənin ixracı 2015–2025-ci illərdə 189,8% artıb. İrlandiya 171,9% göstərici ilə ikinci, Polşa 128,5% ilə üçüncü pillədə qərarlaşıb.
Hindistan 111,3%-lik artımla dördüncü, Sinqapur 95,5%-lə beşinci olub. İsveçrənin ixracı 83,8%, Meksikanın 81,6%, BƏƏ-nin 77,2%, Braziliyanın 74,8%, Çinin isə 73,9% artıb.
İspaniyada ixrac artımı 73,9%, Niderlandda 65%, Avstraliyada 54,2%, İtaliyada 52,9%, Belçikada 52,1%, Tailandda 51,3%, ABŞ-da isə 51,2% təşkil edib.
Böyük Britaniyada ixrac 50,2%, Kanadada 46,6%, Fransada 45,2%, Honkonqda 40,8%, Almaniyada 40%, Cənubi Koreyada 36% artıb.
Siyahının son üç pilləsində Yaponiya, Rusiya və Cənubi Koreya yer alıb. Yaponiyanın ixracı 22,9%, Rusiyanın isə 19,1% artıb.
Beləliklə, Vyetnam və İrlandiyanın ixrac artımı qlobal göstəricidən üç dəfədən çox yüksək olub. Əksinə, Almaniya, Cənubi Koreya, Yaponiya və Rusiya qlobal 57,1%-lik artım tempindən xeyli geri qalıb.