Asiya ticarət sessiyasında neft qiymətləri artıb. Nyu-York Əmtəə Birjasında (NYMEX) noyabr tədarüklü WTI markalı neftin fyuçersləri 0,81 faiz bahalaşaraq bir barel üçün 90,16 dollara yüksəlib.
Sessiya ərzində WTI-nin qiyməti maksimum 90,27 dollar səviyyəsinə çatıb. Müqavilə üzrə 86,88 dollar dəstək, 93,68 dollar isə müqavimət səviyyəsi kimi müəyyənləşdirilib.
ICE birjasında dekabr tədarüklü Brent markalı neftin fyuçersləri də bahalaşıb. Brent 0,94 faiz artaraq bir barel üçün 101,53 dollar təşkil edib.
Beləliklə, Brent və WTI markalı neft arasındakı qiymət fərqi 11,37 dollar/barel səviyyəsində formalaşıb.
Eyni vaxtda ABŞ dollarının əsas valyutalardan ibarət səbətə qarşı məzənnəsini əks etdirən DXY indeksi 0,19 faiz artaraq 101,80 bəndə yüksəlib.
MONETAR.AZ