Avropa Rusiyaya qarşı 1650 yeni sanksiyanı bu gün razılaşdıra bilər

Avropa Rusiyaya qarşı 1650 yeni sanksiyanı

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri oktyabrın 7-də Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edəcəklər. Paket qəbul olunarsa, 2022-ci ildən bəri Rusiyaya qarşı ən genişmiqyaslı sanksiya tədbirlərindən biri olacaq.

Monetar.az xəbər verir ki, Aİ diplomatlarının Rusiyaya qarşı sanksiya rejimi çərçivəsində təxminən 1 650 yeni tədbiri razılaşdırması gözlənilir.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 11-də Qərbin Rusiyaya qarşı qanunsuz məhdudiyyətlər tətbiq etdiyini bildirib. O, həmçinin milli maraqlarını müdafiə edən ölkələrin ikinci dərəcəli sanksiyalarla təhdid edildiyini qeyd edib.

Putinin sözlərinə görə, Rusiyaya qarşı indiyədək 30 mindən çox sanksiya tətbiq olunub. Bu göstərici onun iddiasına əsasən, dünyanın digər ölkələrinə birlikdə tətbiq edilən məhdudiyyətlərin sayından təxminən iki dəfə çoxdur.