Qlobal təchizat zəncirində təzyiqlər yenidən artıb

Qlobal təchizat zəncirində

Qlobal Təchizat Zənciri Təzyiq İndeksi sentyabr ayında 1,28 bəndə yüksəlib.

Monetar.az xəbər verir ki,  indeks avqustda yenidən nəzərdən keçirilmiş 1,20 bənddən sentyabrda 1,28 bəndə qalxıb.

Bununla belə, qlobal təchizat zəncirindəki təzyiqlər hələ də nisbətən aşağı səviyyədədir. İndeksin son maksimum göstəricisi may ayında 1,81 bənd, COVID-19 pandemiyası dövründə isə 2021-ci ilin dekabrında 4,43 bənd olub.

Təchizat zəncirində təzyiqlərin artması daşınma və istehsal xərclərini yüksəldərək, malların əlçatanlığını məhdudlaşdıra və nəticədə inflyasiya təzyiqlərini gücləndirə bilər.

Məlumata görə, sentyabrda təzyiqlərin artması ABŞ Federal Ehtiyat Sisteminin ötən ay faiz dərəcəsi üzrə hədəfini yüksəltməsi və ilin sonuna qədər daha bir artıma işarə etməsi fonunda baş verib.