Hər il oktyabrın 7-si dünyada Ümumdünya Pambıq Günü kimi qeyd edilir. Bu gün pambığın iqtisadi və sosial əhəmiyyətinə diqqət çəkmək məqsədi daşıyır.
Monetar.az xəbər verir ki, Ümumdünya Pambıq Günü BMT Baş Assambleyasının 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə təsis edilib.
Bu günün keçirilməsi təşəbbüsü 2019-cu ildə Afrikanın pambıq istehsal edən Benin, Burkina Faso, Çad, Kot-d'İvuar və Mali ölkələri tərəfindən irəli sürülüb.
Ümumdünya Pambıq Günü çərçivəsində pambığın əhəmiyyəti barədə məlumatlılığın artırılması, həmçinin pambıq sənayesinin nailiyyətlərinin nümayiş etdirilməsi məqsədilə müxtəlif tədbirlər keçirilir.