Bu ilin ilk 9 ayında dövlət rüsumlarının hesablanması, ödənilməsi və büdcəyə daxilolmalarına nəzarətin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində “e-rüsum” altsistemi üzrə 52,7 milyon manat ödəniş həyata keçirilib.
Maliyyə Nazirliyinin AZƏRTAC-a verdiyi məlumata görə, hesabat dövründə “e-rüsum” informasiya sistemi üzərindən 125 245 elektron bildiriş və 115 370 elektron qəbz formalaşdırılıb.
Sistem vasitəsilə ödənilən dövlət rüsumlarının ümumi məbləği 52 milyon 662 min manat təşkil edib.
“e-rüsum” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2026-cı il tarixli Fərmanı ilə Əsasnaməsi təsdiqlənən “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) altsistemlərindən biridir.
Altsistem vasitəsilə elektron bildirişlərin təqdim edilməsi, hesablanmış dövlət rüsumları barədə məlumatların real vaxt rejimində əldə olunması və artıq və ya düzgün tutulmayan rüsumlarla bağlı müraciətlərin elektron qaydada idarə edilməsi mümkündür.
Bundan əlavə, “e-rüsum” dövlət rüsumlarının büdcəyə köçürülməsinə elektron nəzarətin və onların uçotunun aparılmasını təmin edir.