Alüminiumun qiyməti yenidən 3200 dolları keçdi

Alüminiumun qiyməti yenidən

Alüminiumun dünya bazarındakı qiyməti iyunun sonundan ilk dəfə olaraq bir ton üçün 3200 dollar həddini keçib. MONETAR.AZ xəbər verir ki, bu barədə birja məlumatları göstərir.

Ticarət zamanı alüminiumun qiyməti 2,31% artaraq bir ton üçün 3211 dollara yüksəlib.

Qiymət artımının əsas səbəbi Yaxın Şərqdə gərginliyin yenidən artacağı ilə bağlı narahatlıqlardır. Bazar iştirakçıları mümkün yeni qarşıdurmaların qlobal tədarük zəncirinə təsir göstərə biləcəyindən ehtiyat edirlər.

Məlumata görə, ABŞ-ın İrana qarşı ardıcıl ikinci gün zərbələr endirməsindən sonra Hörmüz boğazında gəmi hərəkəti demək olar ki, dayanıb. Bu vəziyyət tərəflər arasında əldə olunan kövrək atəşkəsin davamlılığı ilə bağlı suallar yaradıb.

Analitiklərin fikrincə, enerji və xammal daşımalarında yaranan hər hansı ciddi problem sənaye metalları bazarında qiymətlərin daha da yüksəlməsinə səbəb ola bilər.