Atəşkəsinin uzadılmasından sonra qızıl qiymətləri bərpa olunur

Atəşkəsinin uzadılmasından sonra qızıl qiymətləri

Bu gün Asiya ticarəti zamanı qızıl qiymətləri artaraq həftəlik minimum səviyyədən bərpa olunub. Buna səbəb ABŞ-ın İranla atəşkəsi qeyri-müəyyən müddətə uzatması olub. Bununla belə, gələcək sülh danışıqları ilə bağlı perspektivlər hələ də qeyri-müəyyən olaraq qalır.

Qiymətli metal həmçininFederal Ehtiyat Sistemi rəhbərliyinə namizəd Kevin Warşun açıqlamalarının təsiri altında təzyiq görüb. O bildirib ki, vəzifəyə təsdiqlənəcəyi təqdirdə faiz dərəcələrinin endirilməsi ilə bağlı Donald Trampa heç bir vəd verməyib.

Spot qızılın qiyməti 0,7% artaraq unsiya üçün 4 755,27 dollara yüksəlib. Qızıl fyuçersləri isə 1,1% artaraq 4 772,44 dollar səviyyəsinə çatıb. Spot qiymətlər son iki həftə ərzində müşahidə olunan 4 700–4 900 dollar aralığında qalmaqda davam edir.

Digər qiymətli metallar da artım nümayiş etdirib. Gümüşün spot qiyməti 1,5% yüksələrək 77,79 dollar, platin isə 1,7% artaraq 2 074,38 dollar səviyyəsinə çatıb.

MONETAR.AZ