Qlobal əmtəə bazarlarında son saatlarda müxtəlif sektorlar üzrə qiymət dəyişiklikləri qeydə alınıb.
Kənd təsərrüfatı məhsulları seqmentində ən böyük ucuzlaşma kakao üzrə qeydə alınıb. Kakao qiyməti 2,68 faiz azalıb. Digər azalan məhsullar sırasında taxta materialları 1,20 faiz, portağal şirəsi isə 0,70 faiz ucuzlaşıb.
Metallar bazarında isə eniş tendensiyası üstünlük təşkil edib. Gümüş 4,05 faiz azalmaqla ən çox dəyər itirən metal olub. Qızılın qiyməti 2,58 faiz, platin isə 2,41 faiz aşağı düşüb.
Enerji daşıyıcıları bazarında isə artım müşahidə olunub. Avropa təbii qazının qiyməti 7,34 faiz artaraq lider mövqedə qərarlaşıb. Böyük Britaniya üzrə təbii qaz 5,04 faiz, mazut 4,57 faiz, Brent markalı neft 2,74 faiz və WTI markalı xam neft 2,44 faiz bahalaşıb. Bu seqmentdə yeganə azalma metanol üzrə qeydə alınıb və qiymət 1,19 faiz enib.
MONETAR.AZ